Tez-tez verilən suallar

Çatdırılma

Xarici anbara çatdırılma müddəti sifariş etdiyiniz satıcı firmadan asılıdır. Satıcı firma 3-7 gün ərzində 
(rəsmi bayram günləri və həftəsonları bu müddəti uzada bilər) məhsulu xarici anbarımıza təhvil verir. 
Xarici anbarda gömrük portalına bəyan edilən bağlamaları həftədə maksimum 6 dəfə olmaqla göndərişini edirik.  

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər:

1. Fiziki çəki 
2. Həcm çəkisi 

Hər iki göstərici hesablanır hansı daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanır. Nəzərinizə çatdırırıq ki, Türkiyədən geyim, 2 ədəd ayaqqabı və əl çantalarının daşınma haqqı yalnız fiziki çəkisi əsasında hesablanır. Ayaqqabı 2 ədəddən çox olarsa, daşınma haqqı həcm çəkisinə əsasən hesablanacaqdır.

Hər hansı bir uzunluq gösətiricisi 60 sm və daha çox olan bağlamaların daşınma haqqı həm həcm çəkisi, həm də fiziki çəkisi hesablanacaq, hansı çəki göstəricisi daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanacaqdır.

Hesablanma qaydasını nəzərinizə çatdırırq.

En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq)

Bağlamanızı Azərbaycanın istənilən Azərpoçt şöbəsindən təhvil ala bilərsiniz. Qeyd edək ki, ölkə üzrə 1000-dən çox şöbə ilə fəaliyyət göstəririk. Bunun üçün qeydiyyat zamanı sizə yaxın poçt şöbəsini qeyd etməyiniz kifayətdir. Qeyd edək ki, Azərbaycanın bütün bölgələrinə ödənişsiz çatdırırıq. Siz yalnız Türkiyədən Bakıya daşıma haqqını ödəyirsiniz.

Xarici anbarımıza daxil olan hər bir bağlama ayrılıqda fiziki çəkisinə əsasən hesablanır. “Tariflər” bölməsinə keçid edərək müvafiq ölkələr üzrə tariflərə nəzər yetirə bilərsiniz.Türkiyədən göndərilən bağlamalarının uzunluğu 60 sm metrdən yuxarı olduğu təqdirdə çatdırılma ödənişində həcm çəkisi də nəzərə alınır.

Qeyd edək ki, qaydalara əsasən bağlamanın fiziki və həcm çəkisi ölçülür, kq olaraq hansı daha çox olarsa, çatdırılma ödənişi ona əsasən hesablanır. 

Hesablama qaydası: en * uzunluq * hündürlük/ 6000

İstədiyiniz növ maye məhsullarını Türkiyədən rahatlıqla sifariş edə bilərsiniz. Qeyd edək ki, maye məhsullarının tarifləri standart tariflərlə eynidir. Maye məhsullarının göndərişi həftədə 1 dəfədir. 

Bəli, bunun üçün bağlamanızı təhvil alacaq şəxsə Postcargo şəxsi hesabınızda etibarnamə verməlisiniz.  "Etibarnamə" bölməsinə daxil olaraq təhvil alacaq şəxsin məlumatlarını qeyd edib, etibarnaməni yaradırsınız. Etibarnamə verdiyiniz şəxs sizin müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, bağlamanı təhvil ala bilər.

Bağlamalarınızın poçt şöbələrində 15 gün ərzində saxlanılması ödənişsizdir. 14 gün sonra hər gün üçün əlavə 0.30 AZN olaraq saxlanc haqqı hesablanır.

Sifariş haqqında

Türkiyədən sifariş etmək üçün ilk növbədə saytımızda qeydiyyatdan keçməyiniz vacibdir.

Qeydiyyatınızı tamamladıqdan sonra "xarici ünvanlarım" bölməsində Türkiyə anbarımızın ünvanı ilə tanış ola bilərsiniz. Türkiyə saytlarından sifariş etdiyiniz zaman sizdən tələb olunan "Teslimat ünvanı" bölməsinə saytımızda "Xaricdəki ünvanım" bölməsindəki Türkiyə ofisimizin ünvanını qeyd edib, keçərli olan bank kartı vasitəsilə ödənişi edərək, sifarişi tamamlayırsınız.

Sifarişlərinizi Postcargo şəxsi kabinetindən asanlıqla izləməyiniz mümkündür. Şəxsi kabinetdə “Bağlamalar” bölməsinə keçid edərək, sifarişinizin statusunu izləyə bilərsiniz. Sifarişiniz xarici anbara daxil olduqda, yerli filiala çatdırıldıqda sizə sms vasitəsi ilə məlumat da göndəriləcəkdir. 

İlk növbədə qeyd edək ki, daşıma şirkəti olaraq xarici anbarımıza daxil olan bağlamaların Azərbaycana çatdırılmasında vasitəçilik edirik. Göstərdiyimiz vasitəçilik xidməti çərçivəsində heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, vaxtında çatdırılmasına  görə məsuliyyət daşımırıq. Sifarişiniz satıcı mağaza tərəfindən yanlış və ya yararsız göndərilibsə satıcı mağaza ilə əlaqə saxlayıb aydınlaşdırmalısınız. 

Xarici ünvanlarımızı qeyd edərək sifariş etdiyiniz zaman Post Cargo şəxsi kabinetinizdə bəyannamə yaratmağa ehtiyac yoxdur. Sifarişiniz xarici anbara daxil olduqda əməkdaşlarımız tərəfindən bəyannamə yaradılır və sizə sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra siz bağlamanızı yalnız Smart Customs tətbiqində bəyan etməlisiniz. 

Balans

Bağlamanızın çatdırılma ödənişini etmək üçün 3 ödəmə üsulu vardır:

1. Post Cargo balansınızı artıraraq çatdırılma ödənişini etmək mümkündür.
2. Birbaşa kart məlumatlarınızı qeyd edərək bağlamanızın ödənişini edə bilərsiniz.
3. Azərpoçt şöbələrində nağd və ya posterminal vasitəsi ilə də çatdırılma ödənişini etməyiniz mümkündür.

Balansınıza yüklədiyiniz məbləği balansı artırdığınız karta geri qaytarmağımız mümkündür. Bunun üçün "123" çağrı mərkəzimizlə əlaqə saxlayıb sorğu başlatmalısınız. Biz müraciətinizi dərhal müvafiq banka yönləndiririk. Məbləğ bank tərəfindən 3-5 iş günü ərzində kartınıza geri qaytarılır. 

Gömrük

Bağlamanızı təhvil almaq üçün ilk növbədə çatdırılma ödənişini onlayn və ya nağd şəkildə ödədikdən sonra şöbələrimizə yaxınlaşaraq və ya çağrı mərkəzimizlə əlaqə saxlayaraq qaimə və barkod əldə etməlisiniz.

Daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edib, bağlamanızı rəsmiləşdirməli və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil almalısınız.  

Azərbaycan Respublikası qanunvericiliyinə görə, fiziki şəxslər cari ay ərzində (1 təqvim ayı müddətində) kommersiya məqsədi olmadan 300 ABŞ dolları məbləğində rüsumsuz limitdən istifadə edə bilər. Qeyd edək ki, Gömrük limitində məhsulun invoys dəyəri və çəki ödənişi birlikdə hesablanır.

Limiti keçmədiyiniz təqdirdə istənilən sayda bağlama gətirə bilərsiniz. Qeyd edək ki, ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyiniz zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə rüsuma cəlb ediləcəkdir. Əgər, siz şəxsi istifadə üçün sifariş edirsinizsə, bunu bağlamanız saxlanıldığı təqdirdə gömrük orqanlarına bildirə bilərsiniz.