Daşınması qadağan olan məhsullar
Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar:
• Yivli odlu silah növləri, döyüş sursatı, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr və hərbi texnika
• Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
• Telefon, powerbank, planşet
• Səs gücləndiricilər (Pikaplar, gramafonlar, DVD player, dinamiklər, hoparlör və maqnit tərkibli digər məhsullar)
• Qida məhsulları
• Kamerası və səsyazması olan saatlar
• Spirtli içkilərin bütün növləri, pivə və tütün məhsulları
• Gizli kamera
• Akkumlyatorlar
• Amortizatorlar
• Hover Board skuteri
• Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar
• Radioaktiv maddələr.
• Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimatlar.
• Əxlaq pozğunluğunun, zorakılığın, terrorizmin təbliğini və reklamını edən materiallar.
• Dinlə bağlı materiallar.
• Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
• Canlı heyvanlar
• Bitki və toxumlar
• Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
• Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.
• Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
• Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
• Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar.